Yeni ilin üçüncü günü Ermənistanda sosial şəbəkələr bu ölkənin tanınmış artisti Anais Sardaryan özünün instaqram səhifəsində paylaşdığı videonu tirajlayıblar.
Hafta.az xəbər verir ki, ermənidilli “hayeli.am” nəşrində dərc olunan məlumata görə, artistin yaydığı həmin videomaterial 2020-ci ilin payızında 44 günlük müharibə zamanı məhv edilən erməni hərbçilərdən birinin bacısının müraciəti ilə bağlıdır.
Ermənistan vətəndaşlarına müraciətində onun olmayan torpağı “qoruyarkən” məhv edilən hərbçinin bacısı həmvətənlərinə səslənir. O, “Yerablur”da (“Miatsum” (Birləşmə) “qurbanları”nın dəfn olunduğu xiyabanda) oğurlanan meyvə və şirniyyatları nümayiş etdirərək deyir: “Yerablur”dakı məzarlıqlarda bir neçə oğlan orada uyuyanların doğmalarının gətirdikləri şirniyyatları və mer-meyvəni kisələrə doldurub aparır”.
Xatırladaq ki, Ermənistanın ən nüfuzlu iqtisadçılarından biri Suren Parsyan 2021-ci il dekabrın 5-də “Sputnikarmenii” nəşrinə müsahibəsində ötən il bu ölkədə yoxsulluğun son 10 ildə pik həddə çatdığını bildirmişdi.
Adıçəkilən müsahibədə iqtisadçı Suren Parsyan əhalinin sürətlə yoxsullaşması tendensiyasının 2022-ci ildə davam edəcəyini bildirir, iqtisadiyyatda yaranan vəziyyətin mənzərəsini konkret rəqəmlərlə diqqətə çatdırırdı: “Hazırda yoxsulluq səviyyəsindən də aşağı həddə yaşayan insanların sayı 43,8 faizdən 47,6 faizə qalxıb ki, bu, qorxunc proqnozlar üçün əsas verir”.
Qeyd edək ki, Anais Sardaryanın böyük təlaşla bugünkü Ermənistan ictimaiyyətinin diqqətinə çatdırdığı və bu ölkədə artıq çoxdan adiləşmiş faktların hazırki parlamentin iclas salonlarında müntəzəm səsləndirilən revanşizmə çağırışlar fonunda baş verir. Bu isə işğalçı ölkədə vəziyyətin nə qədər ziddiyyətli olduğundan xəbər verir.